• Başlığa
  • Русский
  • English
  • Кыргызча
  • Қазақша
  • Azərbaycan
  • Ўзбекча
  • Uzbekcha
  • Deutsch
  • Белару́сский
  • Latviešu valoda
  • 中文
  • العربية

GMC

Leqallaşdırma

APOSTIL NƏDIR?

Sənədin apostil olunması - bu sadələşdirilmiş leqalizasiyadır (başqa ölkənin ərazisində sənədə hüquqi qüvvə verilməsidir). Sənədi apostil etmənin əsas məqsədi, bir ölkənin ərazisində verilən, başqa ölkənin ərazisində dövlət orqanına çatdırmanın hüquqi yoludur.

Sənədin apostil olunması praktik olaraq hər zaman başqa ölkənin dövlət orqanına çatdırılması lazım olarkən  tələb olunur. O deməkdir ki, Qazaxıstanda verilmiş sənəd yalnız Qazaxıstan ərazisində hüquqa qüvvəyə malik  deyil, acaq onun başqa ölkə ərazisində qüvvəyə malik olması üçün apostil lazımdır ( məsələn, sənədin Türkiyənin rəsmi orqanlarında göstərilməsi üçün).

Bunlardan başqa bir neçə növ sənədlər var ki, onlar leqalizasiyaya tabe deyillər.

SƏNƏDLƏRIN LEQALIZASIYASININ NÖVLƏRI VƏ ÜSTÜNLÜKLƏRI

Sənəd leqalizasiyasının iki əsas növü həyata keçirilir- Apostil ştampının vurulması və konsul leqalizasiyası. Hər konkret vəziyyətdə leqalizasiya növünün seçimi sənədi təyin edən ölkədən asılıdır, həmçinin ölkənin sənəd təqdim  olunan rəsmi orqanından.

Apostil ştampının vurulması (bəzən hazırki proseduranı “sadələşdirilmiş leqalizasiya” və ya “apostilləşmə” adlandırırlar) 5 oktyabr 1961 Qaaqa Konvensiyasına qoşulan ölkələrə göndərilməsi üçün istifadə olunur, sonrakı prosedurada sadələşdirilmiş leqalizasiyanı, konsul leqalizasiyanın tələbinin ləğvi - “Apostil” ştampının vurulmasıdır. Qazaxıstan hal-hazırda 5 oktyabr 1961-ci ildən Qaaqa Konvensiyasının üzvüdür. Ona görə də Qazaxıstan ərazisində sənədlərin apostil olunması qəbul olunur.

Bu prosedura məhz ona görə bəsitləşdirilmiş adlanır ki, bir tərəfdən apostilləşdirmə kifayət qədər tez və yalnız bir yetkili orqan tərəfindən başa gəlir, həmçinin sifarişçidən daha az vaxt və maddi itki tələb edir, başqa bir tərəfdən isə sənəd Qaaqa Konvensiyasına qoşulan bütün ölkələr arasında hüquqi qüvvə əldə edir.

Əgər siz sənədi hazırladığınız ölkə Qaaqa konvensiyasının üzvü deyilsə, konsul leqalizasiyası vacibdir. Bu daha çətin bir prosesdir, dövlət notariusunda sənədin təsdiq olunmasından başlayaraq, Ədliyyə Nazirliyində və XİN. Bununla sənəd yalnız onun üçün  leqalizasiya olunan ölkənin ərazisində hüquqi qüvvəyə malik olur.

HANSI HALLARDA LEQALIZASIYA TƏLƏB OLUNMUR?

Sənədin Apostil olunması ancaq üç halda tələb olunmur:

  • Siz sənədi çatdırdığınız qurum apostil tələb etmirsə, əvvəlcədən araşdırın.  
  • Qazaxıstan və siz sənədi təqdim etmək istədiyiniz ölkə arasında leqalizasiya tələbini aradan qaldırmaq üçün müqavilə imzalanıbsa.
  • Sənədin leqalizasiyası onun növü/tipi/xarakteri baxımından mümkün olmayanda.  

Başqa hallarda sənədin başqa ölkəyə göndərilməsi üçün leqalizasiya vacibdir.