• Başlığa
  • Русский
  • English
  • Кыргызча
  • Қазақша
  • Azərbaycan
  • Ўзбекча
  • Uzbekcha
  • Deutsch
  • Белару́сский
  • Latviešu valoda
  • 中文
  • العربية

GMC

Tərcümə

Tərcümə xidmətləri son dərəcə fərqlidir. İstənilən mətn-yazılı yaxud şifahi, sənətsal yaxud texniki- tərcümə prosesinin əsas anlamı ola bilər. Şifahi tərcümə bir-birini izləyən tərcüməyə və sinxron tərcüməyə bölünür. Sinxron tərcümə zamanı tərcüməçi operatorla eyni zamanda danışır. Belə növ tərcüməyə kütləvi auditoriya cəlb olunur, xüsusi ləvazimatların istifadəsi güman olunur və beynəlxalq konferensiyaların və seminarların keçirilməsində istifadə olunur. Bütün növ tərcümələrdən- çox güman ki, ən dəyərlisi budur ki, tərcüməçidən ana dilinin və xarici dilin yüksək səviyyədə yalnız bilməsini deyil, və yüksək psixoloji yükü qaldırmaq bacarığını, dillər arasında bərabərliyi bir anda formalaşdırmaq, dillər arasında cəld əlaqə yaratmaq bacarığını tələb edir.

Bir-birini izləyən tərcümə zamanı isə operator fasilə edir, tərcüməçi isə həmin zaman ərzində söylənilən nitqi tərcümə edir. Belə növ tərcümələr nisbətən az auditoriya üçün nəzərdə tutulur, işgüzar görüşlərdə, danışıqlarda, iclaslarda istifadə olunur. Bu növ tərcüməçilərin vəzifələri siyahısına adətən iki nəfər arasında tərcümə etmək aid olunur.

Yazılı tərcüməyə gəldikdə isə, oda olduqca fərqlidir. Bu tərcümələr mətnin mövzusundan asılı olaraq texniki, hüquqi, iqtisadi və s. terminalogiyalardan ibarət ola bilər. Onların hər birinin öz məxsusi xüsusiyyətləri var. Bir qayda olaraq, tərcümə xidmətlərini tərcümə agentlikləri həyata keçirir.

Bugünki gündə GMC TRANSLATİON SERVİCE Dillər Tərcümə Mərkəzi tərcümə sahəsində lider yerlərdən birini tutur. Bu, əməkdaşların yüksək professionallığı sayəsində, müasir proqram təminatının istifadəsi ilə, texniki bazanın daima yenilənməsi ilə, xüsusi sahəli professional tərcüməçilərin sərt seçim keçərək cəlb edilməsi ilə əldə olunur.

Bunlar GMC TRANSLATİON SERVİCE Dillər Tərcümə Mərkəzinə kütləvi sayda müştərilərin, çoxlu sayda beynəlxalq və yerli kompaniyaların, benəlxalq təşkilatların, səfirliklərin, bankların inam və güvəni sayəsində əldə olunmuşdur. Müqavilə əsnasında böyük təşkilatlarla sıx əməkdaşlıq, müsbət fikirlər, sertifikatlar və rəsmi təşəkkürlər bizim xidmətərimizin keyfiyyətindən, stabilliyindən,  yüksək səviyyəli təhlükəsizliyindən xəbər verir.

Hal-hazırda GMC TRANSLATİON SERVİCE fiziki və hüquqi şəxslərə 127 dildən çox dildə tərcümələrin edilməsi, kommersial və şəxsi sənədlərin işləmi, notarial və hüquqi xidmətlərin yerinə yetirilməsi xidmətlərini göstərir.




  • NEFTQAZ TERMINOLOGIYASI

    Neftqaz terminologiyalı mətnlərin tərcüməsi çox çətin və darixtisaslaşmış tərcümə növlərinə daxildir. Neftqaz terminologiyalı mətnlərin tərcüməsini neft çıxarılması iqtisadiyyatını, bu sahəyə aid olan siğorta və maliyyə suallarını bilmədən yüksək səviyyədə yerinə yetirmək mümkün deyil. Bizim tərcüməçilər uzun illər ərzində neftqaz terminologiyalı sənədlərin şifahi və yazılı şəkildə keyfiyyətli tərcüməsini  yerinə yetirirlər.

  • TEXNIKI TƏRCÜMƏLƏR
    Texniki sənədlərin tərcüməsinin özünəməxsus xüsusiyyətləri var və yazılı tərcümənin ən çətin növlərindən biri hesab olunur. Texniki sənədlərin qrammatikal tərcüməsi yalnız müəyyən leksikaya və terminologiyaya  mükəmməl sahib olmaqla bitmir, həmçinin original mətndə danışılan texniki proseslərin və sistemlərin mükəmməl anlanılmasını tələb edir.
  • TIBBI TƏRCÜMƏLƏR
    Biz tibbi sənədləri istənilən mövzuda və qəlizliyindən asılı olmayaraq tərcümə edirik- dərman preparatlarının təlimatlarından elmi məqalə və monoqrafiyalara qədər. Tərcüməçilər ali tibbi təhsilə və yazılı tərcümə sahəsində tibbin müxtəlif sahələrində böyük iş stajına malikdirlər. Müəyyən sifarişin spesifikasından asılı olaraq biz tərcüməçilər və redaktorlar yığırıq.
  • İQTISADI TƏRCÜMƏLƏR
    İqtisadi mövzulu mətnlərin tərcüməsi- tərcüməçidən xüsusi bilgilər tələb edən tərcümənin xüsusi növüdür. İqtisadi tərcüməni qrammatik cəhətdən yerinə yetirmək xüsusi iqtisadi terminologiya anlamını və iqtisadi teoriyanın əsaslarını bilmədən mümkün deyildir. Müəyyən materialların tərcüməsi tərcüməçidən hər şeydən öncə detallara diqqətlilik, yüksək səviyyədə diqqət cəmləmək bacarığı, məsuliyyət artımı və komponentlik tələb edir. Müəyyən məlumatlara və rəqəmlərə diqqətlə yanaşma, terminologiya və original formasını diqqətlə izləmək, böyük həcmli sənədləşmənin on dərəcə dəqiq və diqqətli işlənməsi- bunlar iqtisadi tərcümənin əsas qanunlarıdır.
  • HÜQUQI TƏRCÜMƏLƏR
    Biz öz müştərilərimizə hüquqi sənədlərin tərcümələrini çatdırırıq. Uzunmüddətli qəti iş sayəsində bir çox beynəlxalq hüquqi firmaların, vəkil əməkdaşların, büroların, həmçinin böyük kompaniyaların hüquq şöbələrinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin inamını qazanmağı bacarmışıq. Biz onların inamına layiq olduğumuzu göstərmək üçün bütün gücümüzü sərf edirik. Xaricdə istifadə olunmaq üçün nəzərdə tutulmuş hüquqi sənədlərin tərcüməsi sifarişçinin istəyindən asılı olaraq həmin dilin daşıyıcısı tərəfindən yoxlanıla bilər.
  • ŞƏXSI SƏNƏDLƏR
    Şəxsi sənədlərin standard şəkildə və həmçinin dil daşıyıcıları tərəfindən tərcüməsi GMC Translation Service Dillər Tərrcümə Mərkəzinin müştərilərinə təklif etdiyi xidmətlərdən biridir.illərdir toplanmış iş bilgisi və stajı bizə şəxsi sənədlərlə işləməyin bütün incəliklərini nəzərə almağa və öz müştərilərini yalnız tərcümə ilə deyil, həmçinin müvafiq orqanlara təqdimat üçün sənədlərin tam şəkildə hazırlanmasını təmin edir. Biz keyfiyyətə, gizliliyə və vaxtında yerinə yetirilməyə zəmanət veririk.
  • VEB-SAYTLAR
    Saytların tərcüməsi zamanı tərcüməçinin qarşısına müxtəlif tapşırıqlar çıxa bilər: məsələn, reklam və ədəbi mətnlərə xas nadir üslub köçürülməsi, yaxud texniki məlumatın tərcüməsi. Yüksək keyfiyyətin təmin olunması üçün tələblər irəli sürülür. GMC Translation Service Dillər Tərcümə Mərkəzi sayt lokalizasiyası üzrə bütün dövr işləri, həmçinin beynəlxalq axtarış sistemləri altında lokalizə olunmuş saytın optimizasiyası, bu və ya başqa brauzerdə saytın məzmununun dəqiq əks etdirmək üçün kodlaşdırma sistemi yerinə yetirir.
  • NOTARIAL TƏSDIQOLUNMA
    GMC Translation Service Dillər Tərcümə Mərkəzi fiziki və hüquqi şəxslər üçün vətəndaşların şəxsi sənədlərinin yaxud hüquqi sənədlərinin notarial təsdiqini yerinə yetirir. Notarial təsdiqolunmalar adi yaxud qısa vaxt ərzində özəl yaxud dövlət notariusu tərəfindən yerinə yetirilə bilər, sənədin onun surətinə uyğunluğu, tərcümənin doğruluğu və tərcüməçinin imzası. Notarial təsdiqolunma notarius tərəfindən MƏSULİYYƏTLƏ,TEZ VƏ QRAMMATİK ŞƏKİLDƏ yerinə yetirilir.
  • SIXRON VƏ ARDICIL TƏRCÜMƏ
    Məlumdur ki, beynəlxalq danışıqların uğurları, konfranslar, seminarlar, dəyirmi stul arxasında gedən danışıqlar və başqa tədbirlər, şübhəsiz ki, tərcümənin keyfiyyətindən asılıdır. Sinxron və ardıcıl tərcüməçilər işə son dərəcə diqqətlə yanaşırlar. Ayrıca, tərcümənin bağlı olduğu sahəni öyrənirlər, auditoriyanı, terminologiyanı, dilin dialektik xüsusiyyətlərini və s. Bundan başqa, onlar tərəfindən işgüzar insanın özünü aparmaq qaydaları izlənilir, etiket qaydaları, təqdimat bacarığına malikdirlər, onlar öz partnyorlarına və özlərinə qarşı dinləyicilərin dost münasibətlərini həyata keçirirlər.
  • MULTIMEDIA
    Bizim kompaniya video(itənilən formatda) və audio materiallarının tərcüməsini həyata keçirir.
  • TƏCILI TƏRCÜMƏLƏR

    GMC Translation Service Dillər Tərcümə Mərkəzində Siz EKSPRESS-TƏRCÜMƏ(təcili tərcümə) sifariş verə bilərsiniz- biz istənilən qəlizlikdə olan materialı müştəri üçün uyğun müddətdə yerinə yetiririk.

    Şablon sənədlərin ekspress-tərcümə xidmətləri və ekspress-tərcümə müddətləri:

    - 30 dəqiqə ərzində
    - 1 saat ərzində
    - Gün ərzində
    - Notarial təsdiqolunma
    - Leqallaşma
    - Sənədlərin apostil olunması
  • CILDLƏMƏ
    Bizim kompaniya PageMaker, İnDesign,FrameMaker formatlı materialların cidlənməsi xidmətini həyata keçirir. Cildlənmə original formatda yerinə yetirilə bilər, yaxud elektron və kağız formada “yenidən” yerinə yetirilə bilər. Işlərin müvafiq növləri tipoqrafiya və nəşriyyat sahəsində iş stajı olan professional işçilərimiz tərəfindən həyata keçirilir. Biz tərcümədən sonra materialların nəşrə hazırlanması üçün aşağıdakı xidmət növlərini təklif edirk.
     
    - PC platformasında bütün yayılmış formatlarda materialların cildlənməsi
    - Skaner olunmuş mətnlərin tanınması, mətnlərin elektron forrmada yığılması
    - Original saxlanılmaqla mətnlərin tərcüməsi
    - Materailın originala uyğun olaraq “tək-tək” yığılması (kitablar, jurnallar, bukletlər, broşurlar və başqa poliqrafiya işləmələri, həmçinin PDF, CDR, PSD, GİF, JPEG formatda çatdırılna sənədlərin proqramlarda işlənilməsi və nəticənin skaner olunması)
    - Bütün geniş yayılmış formatlarda (Auto Cad, Archi Cad) çertyojlarla iş.
    - Həmçinin biz bu proqramlarda işləyirik: CorelDraw, Adobe Photoshop, 3D Studio Max, Adobe Flash, Macromedia Director, ArhiCAD, Adobe PageMaker, Adobe Illustrator, MS Publisher
  • APOSTIL

    Bir çox ölkələr sənədlərin leqallaşma prosesinin sadələşdirilməsi razılığına gəlmişlər. Bu razılaşma xarici rəsmi sənədlərin leqallaşma tələbini ləğv edən 5 oktyabr 1961-ci ildən Qaaqa Konvensiyası adlanır.

    Sənədlərin apostil olunması prosesi 2 etapdan ibarətdir:

    1)      Sənədin surətinin və tərcümənin doğruluğunun təsdiqi.

    2)      Xüsusi apostil möhürünü vuran orqanlara səlahiyyət verilməsi

  • LEQALLAŞMA

    Leqallaşma- bu, onun təsdiqidir ki, sənəd dövlətin iqtidarından çıxarkən yaxud bu orqanların iştirakının qurulması ilə bu ölkənin qanunvericiliyinə uyğundur. Bu sənədi imzalayan rəsmi şəxsin imzasının doğruluğunun təsdiqindən və səlahiyyətli dövlət orqanının möhüründən ibarətdir. Konsul leqallaşması bir neçə təsdiqdən ibarətdir. Öncə sənədi və tərcümənin doğruluğunu notariusda təsdiq etmək, daha sonra notariusun imzasının yoxlanılması üçün Ədliyyə Nazriliyinə müraciət olunur. Bunlardan sonra Xarici İşlər Nazirliyinin Konsulluq departamentində Ədliyyə Nazirliyinin  imzasının həqiqiliyi təsdiq olunur.

    Bizim kompaniya MDB ölkələri ərazisində sənədlərin leqallaşmasını həyata keçirir.
  • Sifarişi qeyd etmək